ABŞ Türkiyəyə "Patriot"la bağlı təkliflər irəli sürüb

ABŞ Türkiyəyə

ABŞ Administrasiyası Türkiyəyə "Patriot" raket hücumundan müdafiə sisteminin satışı ilə bağlı təkliflər irəli sürüb.

Aktual.az  report-a istinadən xəbər verir ki, Türkiyə ön şərt olaraq Rusiyadan tədarük edəcəyi "S-400"lə bağlı sövdələşmənin ləğv ediməsinə qarşı çıxıb.
Məlumata əsasən, ABŞ-dan Türkiyəyə səfər edən nümayəndə heyəti Ankarada Müdafiə Sənayesi, Xarici İşlər və Müdafiə nazirliklərində görüşlər keçirir.
Həmin görüşlərdə ABŞ-ın təklifi Türkiyəyə təqdim edilib. Ankara ABŞ-dan sistemin qiyməti ilə yanaşı, texnologiya sahəsində də cəlbedici təkliflərin təqdim olunmasını tələb edib.
Xatırladaq ki, "S-400" zenit-raket müdafiə sisteminin Türkiyədə quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq. Kremldən bildirilib ki, ABŞ-ın Türkiyəyə "Patriot" satışını təsdiqləməsi "S-400"ün tədarükünə təsir etməyəcək.
Qeyd edək ki, Pentaqonun keçmiş rəhbəri Ceyms Mettis 2018-ci il avqustun 28-də bəyan etmişdi ki, ABŞ Türkiyəyə "S-400" raket kompleksini almağı məsləhət görmür.
 
Aktual.az
Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR