76 yaşlı qadın evində qətlə yetirildi - Bakıda

76 yaşlı qadın evində qətlə yetirildi   - Bakıda

Bakıda qətl törədilib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1940-cı il təvəllüdlü Melli Həmzə qızı Sultanovanın üzərində xəsarət olan meyiti yaşadığı evdə tapılıb. Hadisənin hansı məqsədlə və kimin tərəfindən törədilməsi hələlik məlum deyil. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR