70 manata görə 4 il həbs edildi

70 manata görə 4 il həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Vaqif Novruzovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, onun barəsində olan heç yerə getməməklə bağlı iltizam tədbiri dəyişdirilərək həbs qət-imkan tədbiri ilə əvəzlənib. O, 4 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, quldurluq hadisəsi bu il Keşlə qəsəbəsində baş verib. 1989-cu il təvəllüdlü Vaqif Novruzov oğurluq məqsədilə evə girsə də, mənzilin sahibi evdə olub. O, quldurluq yolu ilə mənzildən 70 manat götürüb. Polis əməkdaşlarının əməliyyat axtarış tədbiri nəticəsində Vaqif Novruzov həbs edilib.

O, Cinayət Məcəlləsinin 180.2.3 (yaşayış sahəsinə, habelə binaya,anbara və ya başqa saxlac yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR