7 otaqlı ev yanıb

7 otaqlı ev yanıb

Aktual.az  Milli.Az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yardımlı rayonu, Ünəş kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 186 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR