62 yaşlı azərbaycanlı bədbəxt hadisənin qurbanı oldu

62 yaşlı azərbaycanlı bədbəxt hadisənin qurbanı oldu

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda bədbəxt hadisə baş verib.


Aktual.az APA-ya istinadən bildirir ki, ağac qırıqları toplayan Marneuli rayon sakini İsaxan Məhəmmədəli oğlu Süleymanovun başına ağac düşüb. 62 yaşlı İ. Süleymanov hadisə yerində ölüb.

İ.Süleymanovun yaxınları hadisənin fevralın 20-də Marneuli qəbristanlığında baş verdiyini bildiriblər. Hadisə baş verməzdən iki gün əvvəl Marneuli rayon İcra Hakimiyyətinin köməyi ilə qəbristanlığın ətrafında abadlıq işlər görülüb, həmçinin əyri ağaclar kəsilib. İ. Süleymanov oraya ağac qırıqlarını toplamağa gedib. Bu zaman orada ağac kəsən həmyerlisi Akif Novruzov onu görməyib və kəsdiyi ağac qəflətən İsaxan Süleymanovun üstünə aşıb.

Marneuli Rayon İcra Hakimiyyətindən baş verən hadisənin onlara heç bir aidiyyəti olmadığı bildirilib. Məlumata görə, ölüm faktı baş verən zaman Marneuli Rayon İH kommunal təsərrüfatının işçiləri hadisə yerində olmayıblar. Bildirilib ki, İ. Süleymanov heç kimdən icazə almadan quru ağacları toplayarkən A.Novruzovun kəsdiyi ağacın altında qalaraq ölüb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Polis tərəfindən şahidlər dindirilir.

İ.Süleymanov bu gün torpağa tapşırılıb.

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR