57 yaşlı qadın özünü asdı - Lənkəranda

57 yaşlı qadın özünü asdı   - Lənkəranda

Lənkəranda intihar hadisəsi baş verib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hadisə raonun Girdəni kəndində qeydə alınıb.

Kənd sakini, 57 yaşlı Yelena Əliyeva yaşadığı evinin kənarında özünü asaraq öldürüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin həkim-ekspertləri tərəfindən müayinə olunub və üzərində hər hansı zorakılıq əlaməti aşkar olunmayıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər 675 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR