54 yaşlı kişi borca görə intihar etdi

54 yaşlı kişi borca görə intihar etdi

Ağdamda intihar hadisəsi baş verib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Xındırıstan kəndində qeydə alınıb. 1962-ci il təvəllüdlü Atapur Mövsüm Məhəmmədəli oğlu özünü həyətyanı sahəsində qoz ağacından asıb. Ailə üzvləri səhər onun meyitini ağacdan asılmış vəziyyətdə tapıblar.

Yaxınlarının bildirdiyinə görə M. Atapurun külli miqdarda borcu olub, intiharın da bu səbəbdən baş verdiyi ehtimal olunur.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR