46 yaşlı kişi elektrik cərəyanı vurdu - Ölüm

46 yaşlı kişi elektrik cərəyanı vurdu -  Ölüm

Şəkidə 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Aktual.az xəbər verir ki, Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün saat 17 radələrində rayonun Cumakənd kəndində qeydə alınıb. Cumakənd kənd sakini, 1969-cu il təvəllüdlü Sadıq Mirzəli oğlu Məmmədovu yaşadığı ünvanda elektrik cərəyanı vurub. Nəticədə Sadıq Məmmədov yerindəcə ölüb.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Xəbər 582 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR