3 otaqlı ev yandı - Xəsarət alan var

3 otaqlı ev yandı   - Xəsarət alan var

Tərtərdə yanğın hadisəsi qeydə alınıb.

Aktual.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir.

Yaxınlıqdakı qonşu ev yanğından mühafizə olunub. Yanğın saat 21:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​ 
 
Aktual.az
 
Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR