27 yaşlı oğlan özünü güllələdi

27 yaşlı oğlan özünü güllələdi

Odlu silahla ehtiyatsız davranan Oğuz rayon sakini yaralanıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 21-dən 22-ə keçən gecə Oğuz rayonu Sincam kənd sakini, 1988-ci il təvəllüdlü Elmir Mehman oğlu Abdulqədirov qırma xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı məlum olub ki, 27 yaşlı Elmir Abdulqədirov odlu silahdan açılan atəş nəticəsində qarının ön divarının, sağ bud və said nahiyəsindən çoxsaylı qırma yaraları alıb. Xəstəxanada Elmir Abdulqədirova ilkin tibbi yardım göstərilib. Qohumları Elmir Abdulqədirovu Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq istədiklərindən o, xəstəxanadan buraxılıb.

Aktual.az APA-ya istinadən xəbər verirki, Oğuz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Elmir Abdulqədirovun yaşadığı ünvanda baş verib. E. Abdulqədirov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş nəticəsində qırma yaraları alıb.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR