25 yaşlı oğlan özünü güllələdi

25 yaşlı oğlan özünü güllələdi

Ağdaş rayon sakini özünü güllələyib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qumlax kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Cəbrayılov Rəşad Xətai oğlu yaşadığı evin həyətində ov tüfəngindən atəş açaraq özünə ağır xəsarət yetirib. Qarın boşluğundan xəsarət alan Rəşad Cəbrayılov Ağdaş Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsində əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan R.Cəbrayılovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR