23 yaşlı məhbus intihara cəhd etdi

23 yaşlı məhbus intihara cəhd etdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki cəzaçəkmə müəssəsində məhbus intihara cəhd edib.  Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə noyabrın 16-ı saat 16:30 radələrində baş verib.

Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Pərviz Ələddin oğlu Mirzəyev intihar etmək məqsədi ilə kəsici alətlə qarın boşluğuna xəsarət yetirib. 23 yaşlı məhbus qarın boşluğunun ön divarının kəsilmiş-deşilmiş, lakin daxilə nüfüz etməyən xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Şəki RMX-dan verilən məlumatda bildirilir ki, yaralıya xəstəxanada lazımı tibbi yardım göstərildikdən sonra cəzaçəkmə müəssəsinə geri aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR