22 manata görə baş kəsdi

22 manata görə baş kəsdi

Göygöldə xüsusi amansızlıqla törədilən qətlin üstü açılıb.


Aktual.az Apa-ya istinadən xəbər verir ki, Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə, fevralın 29-da rayonun Çaykənd kənd sakini, 1924-cü il təvəllüdlü Kamil Məmmədovun başını kəsərək öldürən şəxsin elə həmin kəndin sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Elxan Allahverdiyev olduğu müəyyənləşdirilib. O, saxlanılıb. E. Allahverdiyevi hadisəni qarət məqsədilə törətdiyini etiraf edib. Qətli törədən E. Allahverdiyev evdən 22 manat pul aparıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, fevralın 29-da Göygöl rayonunun Çaykənd kəndində yaşayan 92 yaşlı Kamil Məmmədovun baş və boğaz nahiyələrində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti tapılıb. Meyit onun evində aşkarlanıb.

Xəbər 715 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR