21 yaşlı qız yoxa çıxdı, evdə qan izləri tapıldı - Tovuzda

21 yaşlı qız yoxa çıxdı, evdə qan izləri tapıldı   - Tovuzda

Tovuz rayonunda 21 yaşlı qız yoxa çıxıb.

Aktual.az APA-ya istinadən bildirir ki, rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı yaşadığı evdən gedib və geri qayıtmayıb.

Bununla bağlı araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları Z.Məhərrəmovanın yaşadığı evdə qan izləri aşkar ediblər. Məlumata görə, ötən gün itkin düşən Z.Məhərrəmova sonuncu dəfə evdə qardaşı, 1999-cu il təvəllüdlü Səmədov Anar Nizami oğlu ilə olub.

Hazırda Tovuz rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Xəbər 665 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR