21 yaşlı gənc bıçaqlandı - Balakəndə

21 yaşlı gənc bıçaqlandı   - Balakəndə

Balakəndə 21 yaşlı gənc həmyerlisi tərəfindən bıçaqlanıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, hadisə aprelin 15-də axşam saat 19.00 radələrində baş verib.

Balakən şəhər sakini, 1995-ci il təvəllüdlü Həsən Miqdat oğlu Məmmədov qarnının və döş qəfəsini sağ nahiyələrinin kəsilmiş-deşilmiş və daxilə qan axması diaqnozu ilə xəstəxanaya daxil olub. Əməliyyatdan sonra H. Məmmədov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir. 

Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə hələlik bilinməyən səbəbdən baş verib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H. Məmmədovun rayonun Tülü kənd sakini, 1983-cü il təvəllüdlü Mahir Telman oğlu Xəlilov tərəfindən bıçaqlandığı məlum olub. M. Xəlilov cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat tədbirləri aparılır.

Məlumatda o da bildirilir ki, xəsarət alan H. Məmmədovu xəstəxanaya aparan avtomobil yolu keçmək istəyən piyada, rayonun Qullar kənd sakini, 1961-ci il təvəllüdlü Fərman Şamil oğlu Saramanovu vurub. Qəza nəticəsində sol ayağının baldır nahiyəsindən xəsarət alan F. Saramanov hazırda Balakən RMX-nın cərrahiyə şöbəsində müalicə alır. 

Hər iki faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır. 

Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR