Azərbaycanda milli karbon reyestrinin yaradılması təklif edilir

Azərbaycanda milli karbon reyestrinin yaradılması təklif edilir

Azərbaycanda milli karbon reyestrinin yaradılması təklif edilir.
Aktual.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai müzakirəyə təqdim etdiyi "İqlim haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, reyestr karbon vahidlərinin buraxılması, mülkiyyət və sərəncam hüquqlarının, köçürülməsinin, istifadəsinin və ləğvinin uçotunun aparıldığı informasiya sistemi olacaq.
Sənədə əsasən, milli karbon reyestri karbon vahidlərinin buraxılması, mülkiyyət və sərəncam hüquqlarının, köçürülməsinin, istifadəsinin və ləğvinin uçotunu təmin edən dövlət informasiya sistemidir və "Rəqəmsal ekologiya" informasiya sisteminin (bundan sonra - REİS) iqlim məlumat alt-sistemi çərçivəsində fəaliyyət göstərir.
Milli karbon reyestri emissiya icazələri və karbon vahidlərinin yaradılması və uçotu, karbon vahidlərinin köçürülməsi, təhvil verilməsi və ləğvi, karbon layihələrinin qeydiyyatı və layihə nəticələrinin uçotunu həyata keçirəcək.
Həmçinin reyestr ikiqat sayım hallarının qarşısının alınması, əməliyyatların arxivləşdirilməsi və əməliyyatların tarixçəsinin saxlanılmasını da həyata keçirəcək.
Milli karbon reyestrində hesablar ETS iştirakçıları və karbon vahidləri ilə əməliyyat aparmaq hüququ olan digər subyektlər üçün açılır.
Layihəyə görə, milli karbon reyestrinin idarə edilməsi və karbon vahidləri üzrə əməliyyatların texniki icrası bu Qanuna uyğun olaraq operator tərəfindən həyata keçiriləcək.
Karbon kreditlərinin yaradılması üçün əsas kimi yalnız monitorinq, hesabatlılıq və yoxlama sistemi çərçivəsində ölçülmüş, hesabatlaşdırılmış və akkreditasiya olunmuş müstəqil qurum tərəfindən verifikasiya edilmiş antropogen mənşəli emissiya azaldılmaları və ya udulmalar qəbul ediləcək.
Milli karbon reyestrinin fəaliyyət qaydası, hesabların açılması və bağlanması əsasları, əməliyyat prosedurları, məlumatların qorunması və informasiya təhlükəsizliyi tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) [Nazirlər Kabineti] tərəfindən müəyyən ediləcək.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR