Qadın özünü binadan ataraq intihar etdi - Bakıda

Qadın özünü binadan ataraq intihar etdi   - Bakıda

Bakıda intihar hadisəsi baş verib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Pirallahı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun 29-cu məhəllə, ev 15, mənzil 89 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1953-cü il təvəllüdlü Kazibenko Olqa Nikolayevna yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, son iki gündə Bakıda daha iki qadın özünü binadan ataraq intihar edib.

Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR