Əhalinin gəlirləri artıb - Azərbaycanda

Əhalinin gəlirləri artıb -   Azərbaycanda

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2% artaraq 19,8 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi 4,9% artıb. 

Aktual.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu dövr ərzində gəlirlərin 74,2%-i son istehlak xərclərinə, 9,4%-i  vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 14,0%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 18,0 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 6,2% çox vəsait qalıb.

 
Xəbər 658 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR