Hacıqabulda ağır yol qəzası ölən var

Hacıqabulda ağır yol qəzası  ölən var

Hacıqabulda ağır yol qəzası baş verib, ölən var. 

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Haciqabul rayonu, Muğan qəsəbəsində “VOLVO” və “SHACMAN” markalı 2 yük avtomobili toqquşub. Nəticədə, “VOLVO” markalı yük avtomobilinin sürücüsü Türkiyə vətəndaşı olan 1970-ci il təvəllüdlü Hamza Ötük aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər Hamza Ötükün cəsədini avtomobildən çıxararaq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Əməliyyat saat 03:09-da başa çatıb.

Aktual.az

Xəbər 816 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR