18 yaşlı gənc özünü güllələdi

18 yaşlı gənc özünü güllələdi

Lerikdə 18 yaşlı gənc özünü güllələyib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Livədirqə kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Elcan İzzət oğlu Zahidov ov tüfəngini təmizləyərkən tüfəng açılıb və güllə ona dəyib.

Nəticədə Elcan Zahidov yaralanıb. O, sağ çiyin qurşağının dəlib-keçən güllə yarası diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin həyata keçirdikləri müvafiq tibbi tədbirlərdən sonra Elcan Zahidovun vəziyyəti stabilləşib.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR