17 yaşlı oğlan başından güllələndi - Tovuzda

17 yaşlı oğlan başından güllələndi   - Tovuzda

Tovuzda qətl törədilib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Qala burnu kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Əmiraslanov Məqsəd İlqar oğlu baş nahiyəsindən ov tüfəngi ilə güllələnib.

Məlumata görə, qətli törədən şəxs məlumdur və onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb.

Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR