17 yaşlı gənc təyyarəni gecə vaxtı sürətli avtomobil yoluna endirib

17 yaşlı gənc təyyarəni gecə vaxtı sürətli avtomobil yoluna endirib

Kanadanın Toronto şəhəri yaxınlığında 17 yaşlı gənc nasaz təyyarəni sürətli avtomobil yoluna endirib.


Trend-in "Global News"a istinadən verdiyi məlumata əsasən, hadisə ötən gecə baş verib, lakin onun haqqında yalnız indi məlum olub.

Polisin məlumatına görə, markası açıqlanmayan təyyarə gecə saatlarında Ontario vilayətinin Oşava şəhərinin hava limanından havaya qalxıb. Daha sonra 17 yaşlı pilot dispetçerə mühərrikdə yaranan nasazlıq barədə məlumat verib və nəticədə təyyarəni şossenin üzərinə endirib.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Göyərtəsində təkcə pilotu olan təyyarəyə ziyan dəyməyib.

 
Aktual.az
Xəbər 1677 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR