1.5 aylıq uşağın üstünə qaynar su tökülüb

1.5 aylıq uşağın üstünə qaynar su tökülüb

Hacıqabul rayonunda 1.5 aylıq uşaq ağır yanıq xəsarətləri alıb.

Aktual.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Nəvahi kəndində baş verib. 

Həmin kənddə yaşayan 2014-cü il təvəllüdlü Elşən Abbas oğlu Adıgözəlov anası həyətdə olduğu vaxt elektrik pilətəsinin üstündəki çaydanı çəkmək istərkən qaynar su ayaqlarına tökülüb. Nəticədə hər iki ayağı yanan azyaşlı ağır yanıq xəsarətləri ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. 

Xəstəxanadan verilən məlumata görə, uşağın vəziyyəti orta ağır olaraq qalır

Aktual.az

Xəbər 475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR