11 min ədədə yaxın "partladan"ın satışı baş tutmadı

11 min ədədə yaxın

Bakıda 11 min ədədə yaxın yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitə aşkar edilib.

Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxın Sabunçu, Nəsimi, Binəqədi və Qaradağ rayonları ərazilərində səyyar ticarətlə məşğul olan Əziz Mehrəliyev, Zakir Abdullayev, Kərim Əhmədov və Gülağa Rəhimovdan ümumilikdə 10 723 ədəd yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitə aşkar edilərək götürülüb.

Xəbər 1063 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR