Zülfüqar bəyin nə qədər arzuları yarımçıq qaldı...

Zülfüqar bəyin nə qədər arzuları yarımçıq qaldı...

Qüdrət Həsənquliyev: "Mediamız məhdud imkanlarıyla sözün keşiyində dayanmağı bacaran, peşəsinə sədaqətlə xidmət edən bir fikir adamını, Qarabağ, Kəlbəcər vəfalı övladını, Azərbaycanımız isə ona təmənnasız xidmət edən xeyirxah, ləyaqətli övladını itirdi”
 
Azərbaycan mediasında öz dəst-xətti, prinsipial mövqeyi ilə jurnalist, xeyirxah insan, vətənsevər ziyalı, əziz dostum Zülfüqar Hüseynzadənin vaxtsız ölümü məni dərindən kədərləndirdi.
 
Aktual.az xəbər verir ki, bu sözləri xalqcebhesi.az saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
 
Qüdrət Həsənquliyev qismətinə gənc yaşlarında köçkün həyatının əzabına, yurd itkisinin nisgilinə qatlaşmaq düşən Zülfüqar Hüseynzadənin qəlbinin hər zaman Qarabağ sevgisi ilə döyündüyünü bildirib:
 
"Zülfüqar bəy Qarabağı, Kəlbəcəri canı qədər sevirdi. Zülfüqar bəyin gözlərini dünyaya göz açdığı doğma Kəlbəcərdə yumması, bəlkə də onun yurduna, ocağına olan sərhədsiz sevgisinin taleyinə yazdığı qismətdir. Çox heyf... Zülfüqar bəyin doğmalarıyla, Qarabağla, Kəlbəcərlə, rəhbərlik etdiyi moderator.az saytı ilə bağlı nə qədər arzuları yarımçıq qaldı. Zülfüqar Hüseynzadəni tanıyan hər kəsin onun vaxtsız vəfatından sarsıldığını düşünürəm. Hər birimiz üçün ağır itki oldu. Mediamız məhdud imkanlarıyla sözün keşiyində dayanmağı bacaran, peşəsinə sədaqətlə xidmət edən bir fikir adamını, Qarabağ, Kəlbəcər vəfalı övladını, Azərbaycanımız isə ona təmənnasız xidmət edən xeyirxah, ləyaqətli övladını itirdi...

Zülfüqar bəyin doğmalarına və yaxınlarına, onu sevən hər kəsə dərin dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Xəbər 731 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR