Ukrayna Prezidenti Vladimir Zelenski Rüstəm Umerovu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edəcək.
Aktual.az xəbər verir ki, bu barədə Zelenski özü açıqlamasında deyib.
"Diplomatiya, müdafiə və ABŞ və digər spesifik tərəfdaşlarla danışıqlar prosesi, eləcə də müharibənin bitməsindən sonrakı danışıqlarla eyni vaxtda məşğul olmaq üçün Rüstəm Umerov Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin ediləcək”, - Zelenski bildirib.
Umerovun indiyə qədər rəhbərlik etdiyi Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsi isə İqor Klimenkoya tapşırılacaq.
Xəbər 49 dəfə oxunub.