Azərbaycanda KASKO sığortası üzrə yığımlar 4% artıb

Azərbaycanda KASKO sığortası üzrə yığımlar 4% artıb

Azərbaycanda sığorta şirkətləri bu ilin yanvar-iyun aylarında könüllü avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə 34 milyon 868 min manat sığorta haqqı toplayıb.

Aktual.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin I yarımili ilə müqayisədə 4% və ya 1 milyon 337 min manat çoxdur.

Bu dövrdə KASKO sığortası üzrə sığorta şirkətləri tərəfindən edilən ödənişlərinin həcmi 18 milyon 991 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 35,4% və ya 4 milyon 969 min manat çoxdur.

Onu da bildirək ki, ötən ilin yanvar-iyun aylarında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 41.8 manatını ödənişə yönəltmişdisə, cari ilin ilk yarısında bu rəqəm 54.5 manat təşkil edib.
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR