Rejimin süqut edəcəyinə qəti əmin idim - Şara

Rejimin süqut edəcəyinə qəti əmin idim - Şara
  • DÜNYA

Mən bu rejimin nə vaxtsa süqut edəcəyinə qəti əmin idim. Bizim borcumuz buna nail olmaq üçün mümkün olan bütün vasitələrdən istifadə etmək idi.

Aktual.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara "Əl Cəzirə"yə müsahibəsində deyib.

"Daim rejimə qarşı uduzduğumuz döyüşləri təhlil edirdim və görürdüm ki, bunun səbəbləri çox vaxt inqilabi qüvvələrin öz sıralarındakı problemlərdən qaynaqlanırdı.

Rejimin gücünə və Rusiyanın müdaxiləsinə baxmayaraq, qarşılaşdığımız çətinliklərin böyük hissəsi özümüzdən irəli gəlirdi. Buna görə də həmin çatışmazlıqları aradan qaldırmaq üçün çalışdıq.

Mənimsədiyim ən vacib dərslərdən biri bu idi: eyni səhvi heç vaxt təkrarlamamaq.

Zaman keçdikcə bu düşüncə tərzi bizim mədəniyyətimizin bir hissəsinə çevrildi və ətrafımızdakı çox sayda insan da eyni yanaşmanı mənimsədi”, - o bildirib.

Qeyd edək ki, Suriyada iqtidar 2024-cü il dekabrın 8-də müxalif qüvvələrin paytaxt Dəməşqi ələ keçirməsi və Bəşər Əsədin ölkədən qaçması nəticəsində devrilmişdir.
Xəbər 109 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR