Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

Bu barədə Aktual.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Pakistanın Bəlucistan əyalətində baş vermiş ölümcül kömür mədəni qəzası nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk.

Yaralananlara tezliklə şəfa diləyir, hadisədən zərər çəkən hər kəsin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik", - paylaşımda qeyd olunub.
Xəbər 58 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR