Gəncədə yerləşən özəl uşaq bağçalardan birində çəkildiyi bildirilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Aktual.az milliaz-a istinadən xəbər verir ki, yayılan kadrlarda tərbiyəçi müəllimin azyaşlı uşaqlarla kobud davranması və sərt ifadələr işlətməsi valideynlərin narazılığına yol açıb.
Məsələ ilə bağlı bağçaya üz tutan valideynlər hadisənin onları ciddi şəkildə narahat etdiyini bildiriblər. Onların sözlərinə görə, görüntülərdə öz övladları da yer alır və bu cür davranışın təkrarlanmaması üçün müəllim heyətində dəyişiklik edilməsini istəyirlər. Həmin müəllim əvvəllər uşaqlarla normal münasibətdə olub və buna görə yayılan görüntülər onlar üçün gözlənilməz olub.
Bağça rəhbərliyi hadisədən sonra araşdırma aparıldığını və görüntülərdə yer alan əməkdaşın işdən çıxarıldığını açıqlayıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar bağçanın əməkdaşı polis idarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılıb.
Xəbər 46 dəfə oxunub.