Zəka baxımından heç bir xalqdan geri qalmırıq - Pezeşkian

Zəka baxımından heç bir xalqdan geri qalmırıq - Pezeşkian
  • DÜNYA

İran xalqı zəka və motivasiya baxımından dünyanın digər xalqlarından geri qalmır və ölkə elə bir səviyyəyə yüksələ bilər ki, başqaları ondan nümunə götürsün.

Aktual.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Biz dünyanın heç bir xalqından aşağı, daha az ağıllı və ya daha az motivasiyalı deyilik. Bununla yanaşı, dünyanın müxtəlif ölkələrindəki uğurlu təcrübələrdən faydalanmaq da zəruri və dəyərlidir”, – Pezeşkian bildirib.

Prezident ölkə vətəndaşlarına layiqli xidmət göstərə bilməməyin və onların problemlərini həll etməməyin qəbuledilməz olduğunu bildirib.
Xəbər 79 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR