Aİ Rusiya aktivlərindən Ukraynaya 1,4 milyard avro ayırdı

Aİ Rusiya aktivlərindən Ukraynaya 1,4 milyard avro ayırdı
  • DÜNYA

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən əldə olunan vəsait hesabına Ukraynaya növbəti maliyyə yardımını ayırdığını açıqlayıb.

Aktual.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.

"Biz Ukraynaya bu aktivlərdən daha 1,4 milyard avro ayırırıq", – deyə fon der Lyayen bildirib.

O, Rusiyanın Ukraynaya qarşı son hücumlarına da toxunaraq, Moskvanın vurduğu ziyana görə cavab verməli olduğunu vurğulayıb.

Avropa Komissiyasının avqustun 5-də yaydığı məlumatda bildirilib ki, ayrılan 1,4 milyard avro dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdiriləcək.
Xəbər 174 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR