Kiyevdə matəm elan edildi

Kiyevdə matəm elan edildi
  • DÜNYA

Rusiyanın raket və dron hücumu qurbanları üçün Kiyev bölgəsində matəm elan edilib.

Aktual.az xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko Teleqramda məlumat verib.

O bildirib ki, matəmlə bağlı Kiyev bölgəsində Ukraynanın Dövlət bayrağı yarıyadək endiriləcək və əyləncə tədbirləri məhdudlaşdırılacaq.

Qeyd edək ki, Kiyev vilayətinə avqustun 5-i gecəsi edilən kütləvi raket və dron hücumu nəticəsində yaralıların sayı 44 nəfərə çatıb, 17 mülki şəxs həlak olub.
Xəbər 214 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR