Ermənistan 320 milyon dollar dəyərində yeni kreditlər götürəcək.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, müvafiq sazişlərin təsdiqlənməsi qərarı hökumət iclasında qəbul edilib:
"Xüsusilə, Nazirlər Kabineti Asiya İnkişaf Bankından 150 milyon dollar kredit almağı planlaşdırır. Kredit 15 il müddətinə 4,58% faiz dərəcəsi ilə təqdim olunacaq. Vəsaitlər, digər məsələlərlə yanaşı, dövlət maliyyəsinin idarə edilməsi siyasətinin gücləndirilməsini, dövlət borcu və maliyyə risklərini, infrastruktur investisiyalarının dayanıqlılığının artırılmasını və dövlət qiymətli kağızlar bazarının təkmilləşdirilməsini dəstəkləmək üçün ayrılıb. İkinci kredit sazişi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə imzalanıb. Kreditin məbləği 170 milyon avro təşkil edir. Vəsait investisiyaların stimullaşdırılması, ticarət və rəqabətin liberallaşdırılması, eləcə də davamlı iqtisadi artımın təmin olunması üçün nəzərdə tutulub. Kreditin müddəti 28 ildir, illik faiz dərəcəsi isə 3,9 faiz təşkil edir”.
Xəbər 48 dəfə oxunub.