"Dinamo" (Kiyev) - "Qarabağ" oyunu bu TV-də yayımlanacaq

  • İDMAN

"Qarabağ" klubu bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə ilk oyuna çıxacaq.

Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçı danimarkalı hakimlər briqadası idarə edəcək. 

Aktual.az xəbər verir ki, "Dinamo" (Kiyev) - "Qarabağ" oyunu bu axşam "CBC Sport" telekanalında canlı yayımlanacaq.

Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bakıda olacaq. Cütün qalibi pley-offda "Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR