İranın Hörmüz boğazında gəmiçiliklə bağlı Omanla əldə etdiyi razılaşmalar Tehranla Vaşinqton arasındakı münasibətlərdə yaranmış çıxılmaz vəziyyət şəraitində siyasi manevr imkanlarının qorunmasına şərait yaradacaq.
Aktual.az xəbər verir ki, bunu Çin Beynəlxalq Araşdırmalar İnstitutunun elmi işçisi Li Sisin deyib.
"Əgər müvəqqəti razılaşmalar əldə olunarsa, bu, ABŞ-İran qarşıdurması fonunda yaranmış çıxılmaz vəziyyətdə tərəflərə siyasi manevr üçün müəyyən imkan yaradacaq. Eyni zamanda, gələcək siyasi təmasların davam etdirilməsi üçün də əlavə imkan yaranır. Razılaşmaların yaxın perspektivdə ABŞ ilə İran arasında mövcud olan struktur ziddiyyətlərini aradan qaldıracağı ehtimalı azdır. Onlar yalnız gəmi yollarının birgə idarə olunması və rüsumların tutulmasına dair mübahisələrin həllinin təxirə salınması hesabına beynəlxalq gəmiçilikdə vəziyyəti müvəqqəti olaraq yüngülləşdirə bilər. Bu kövrək İran-Oman konsensusu gələcək danışıqların irəlilədilməsi üçün zəruri olan bufer rolunu yaradır”, - o bildirib.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran və Omanın Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatları barədə razılığa gəldiyini bildirmişdi.
Xəbər 47 dəfə oxunub.