Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər

Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
  • DÜNYA

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında aparılan danışıqların müsbət nəticə verəcəyinə ümid edir.

Aktual.az xəbər verir ki, Hakan Fidanın sözlərinə görə, danışıqların bu gün xoş xəbərlə yekunlaşması mümkündür.

"İnşallah, İran və ABŞ arasında aparılan danışıqlar bu gün müsbət xəbərlə nəticələnəcək”, – o deyib

Nazir bildirib ki, əsas müzakirə mövzularından biri Hörmüz boğazı ilə bağlı texniki məsələlərdir: "Bu məsələ müəyyən mürəkkəblik daşıyır. Xəritə ilə bağlı məsələlərdə Omanın da mühüm rolu var. Boğazın hansı mexanizmlə, hansı üsulla və nə qədər müddət açıq saxlanılacağı üzərində iş aparılır”.

Hakan Fidan vurğulayıb ki, tərəflərin keçid dövrü ilə bağlı razılığa gəlməsi böyük əhəmiyyət kəsb edir.

XİN rəhbəri qeyd edib ki, hazırda 60 günlük keçid dövrü müzakirə olunur: "Əgər bu 60 günlük müddət ərzində bütün məsələlər razılaşdırılarsa, tərəflər arasında daimi saziş imzalana bilər”.

O əlavə edib ki, Hörmüz boğazından başqa məsələlər, xüsusilə İranın nüvə proqramı ilə bağlı prinsipial razılaşmalar artıq mövcuddur: "Bilirik ki, xüsusilə nüvə məsələsində tərəflər prinsip etibarilə müəyyən razılıqlar əldə ediblər. Buna görə də hər iki tərəf səmimi siyasi iradə nümayiş etdirsə, daimi razılaşmanın əldə olunması mümkündür. Lakin ilk növbədə Hörmüz boğazı ilə bağlı problem həll edilməlidir”.
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR