Zakir Qaralovdan yeni prokuror təyinatı

Zakir Qaralovdan yeni  prokuror təyinatı

Abşeron rayonuna yeni prokuror təyin olunub.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, Baş Prokuror Zakir Qaralovun əmri ilə İsmayıllı Rayon Prokuroru Rahib Seyidov tutduğu vəzifədən azad edilərək Abşeron Rayonuna prokuror təyin olunub.

Yeni təyinatla bağlı məlumatı Baş Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə təsdiqləyib.

Xatırladaq ki, bir müddət öncə Abşeron Rayonu Prokuroru işləmiş Qənimət Səfərov qulluqda olmanın yaş həddinə görə təqaüdə göndərilmişdi.

Xəbər 576 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR