"Yuventus" Pirlonu istefaya göndərdi - RƏSMİ


İtaliyanın "Yuventus" komandasının baş məşqçisi Andrea Pirlo istefaya göndərilib.

Aktual.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Qeyd edək ki, ötən mövsüm "Yuventus” A seriyasında 4-cü yeri tutub. 2011-ci ildən sonra ilk dəfə çempion titulunu əldən verib.

Andrea Pirlo 2020/21 mövsümündə Turin klubuna başçılıq edib. Komanda onun rəhbərliyi altında 2020-ci ildə İtaliya Super Kubokunu, 2020/21 mövsümündə ölkə kubokunu qazanıb. 

Andrea Pirlonu Massimiliano Alleqrinin əvəzləyəcəyi gözlənilir.
Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR