Si Szinpinlə İranla müharibə məsələsində məktub mübadiləsi apardıq.
Aktual.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Foks Biznes”ə müsahibəsində deyib.
"Mən Siyə məktub yazdım. Ondan İrana silah verməməsini xahiş etdim. O isə cavabında İrana silah tədarük etmədiyini yazdı”, - o bildirib.
Tramp Çinə səfər etməyi düşündüyünü də deyib:
"Əslində, mən onunla çox tezliklə görüşəcəyəm. Düşünürəm ki, gələn ay görüşümüz olacaq. Və bu, çox vacib bir görüşdür. Baxın, mənim onunla əla münasibətlərim var. Bunu dəfələrlə demişəm: o, mükəmməl insandır. O, əslində kral olan bir insandır. Demək olar ki, o, Çinin kralıdır”.
Xəbər 47 dəfə oxunub.