Yaşı 18-dən az olan bəy və gəlinlərin sayı

Yaşı 18-dən az olan bəy və gəlinlərin sayı

Ötən il Azərbaycanda 18-ə yaşa qədər 401 yeniyetmə nikaha daxil olub.

Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə  Dövlət Statistika komitəsindən məlumat verilib. 

Bildirilib ki, 2015-ci ildə 18 yaşı tamam olmayan 3 oğlan, 388 qız nikaha daxil olub. 

Ötən il isə 18 yaşı tamam olmayan 431 yeniyetmə nikaha daxil olub. Onlardan 2-i oğlan, 429-u qızdır. 

Qeyd edilib ki, 18 yaşadək nikaha daxil olanların sayında nəzərə çarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaşın müəyyən olunmasıdır.

Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR