Xızıda qəza zamanı yaralananlar Bakıya gətirilir

Xızıda qəza zamanı yaralananlar Bakıya gətirilir

Avtobus qəzası nəticəsində yaralanan və Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən şəxslər Bakı və Sumqayıt şəhərlərinə göndərilib.

Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən "Report"a verilən məlumata görə, yaralıların 5-i Sumqayıt, 8-i Bakı xəstəxanalarına yerləşdiriləcək.

Xatırladaq ki, qəzadan sonra mayın 29-da Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə 15 nəfər yerləşdirilib. Onlardan ikisi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşınları ilə Bakıya aparılıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən yaralıların siyahısı:
1950-ci il təvəllüdlü Abdullayev Qafar
1951-ci il təvəllüdlü Mikayılov Çaylar
1954-cü il təvəllüdlü Abdullayev Nizami
1955-ci il təvəllüdlü Rzayev Rasim Səfa oğlu
1963-ci il təvəllüdlü Feyzullayev İsmayıl
1964-cü il təvəllüdlü Mollayeva İndirra
1966-cı il təvəllüdlü Qurbanov Əsəd
1973-cü il təvəllüdlü Rəhimova Ziba
1975-ci il təvəllüdlü Fərhadova Leyla
1975-ci il təvəllüdlü Rəhmanova Lalə Rəhman qızı
2005-ci il təvəllüdlü Kazımlı Nigar İlham qızı (L.Rəhmanovanın qızı, şagird)
1977-ci il təvəllüdlü Əliyeva Hədiyyə
1979-cu il təvəllüdlü Əliyeva İradə
1985-ci il təvəllüdlü Fərzəliyeva Fərqanə
1987-ci il təvəllüdlü Ağabəyli Vüsalə.

Xəbər 590 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR