Xızıda baş verən qəza ilə bağlı cinayət işi açıldı

Xızıda baş verən qəza ilə bağlı cinayət işi açıldı

Ötən gün axşam saatlarında Xızı rayonunda baş vermiş avtoqəza ilə bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3 (iki və daha artıq şəxsin ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi) maddəsi ilə cinayət işi başlanıb.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə  Xızı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, cinayət işinin istintaqı Xızı Rayon Polis Şöbəsinin istintaq qrupuna həvalə olunub.

Hələlik faktla bağlı saxlanılan yoxdur. Hadisənin baş verməsində təqsirli olduğu ehtimal edilən avtonəqliyyat vasitəsinin sürücüsünün vəziyyəti ağır olaraq qalır. 

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR