Xalq artistlərinin əmək haqları azaldıldı - Gənc Tamaşaçılar Teatrında

Xalq artistlərinin əmək haqları azaldıldı - Gənc Tamaşaçılar Teatrında

Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru yarımştat iş cədvəlinə keçrilib.

Bunu AzNews.az-a teatrın aktyoru, Xalq artisti Yasin Qarayev bildirib. O, qeyd edib ki, fevralın 3-də teatrın rəhbərliyi yaşı 70-i keçən bir neçə aktyoru tam ştatdan məhrum edib.

Aktyorun sözlərinə görə, teatrın rəhbərliyi Xalq artisti və Fərdi Prezident təqaüdçüləri olan Cənnət Səlimova, Ağaxan Salmanlı,Yasin Qarayev və Vaqif Ağayevi qəbula çağırıb və onların yanvarın1-dən etibarən yarım ştat iş cədvəlinə keçirildiklərini açıqlayıb.
 
Aktual.az
Xəbər 3501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR