Xalq artistinin qızının harayı - “Bizə kömək edin”

Xalq artistinin qızının harayı - “Bizə kömək edin”

Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalova təcili olaraq böyrək köçürülməlidir.

Bu barədə AzNews.az-a aktyorun bacısı Gülbəniz Zeynalova bildirib. Onun sözlərinə görə, Məmməd Zeynalovun bu əməliyyata girməsi üçün donor tapılmalıdır: 

"Məmməd danışır, müalicədən sonra ayağı axsayır, amma qolu işləmir. Həkimlər təcili əməliyyat lazım olduğunu deyirlər. Vəziyyət ağırdır, bizim də bu əməliyyata pulumuz yoxdur. Başımızı itirmişik. Kömək istəyirik.”

Gülbəniz Zeynalova qeyd edib ki, o, qardaşı üçün donor ola bilər:

"Amma bunun üçün müayinələrdən keçməliyik. Müayinələr və əməliyyat maliyyə tələb edir. Bizim də o qədər pulumuz yoxdur. Məmmədin hər anı ölümdür. Bizə kömək edən olsaydı...”

Xatırladaq ki, Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov bir müddət bundan əvvəl yolda çəklişə gedərkən insult keçirib. Nəticədə aktyorun beyninə qan sızıb. Bir müddət xəstəxanada müalicə olunan aktyor evə buraxılıb.
 
Aktual.az
Xəbər 3509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR