Xalq artisti Kamil Cəlilov vəfat etdi

Xalq artisti Kamil Cəlilov vəfat etdi

Azərbaycanın Xalq artisti, qoboyçusu, bəstəkarı və pedaqoqu Kamil Cəlilov dünyasını dəyişib. 

Aktual.az xəbər verir ki, 84 yaşında vəfat edən musiqiçi bu gün torpağa tapşırılacaq. 

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir. Ailəli idi, 3 qızı var. 

Xatırladaq ki, xalq artisti, qoboy alətinin mahir ifaçısı bu yaxınlarda 31-ci ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsinin ağrı-acısının musiqi dili ilə xalqa çatdırılmasında böyük xidmətlər göstərib. 
Xəbər 823 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR