VI Dünya İdman Oyunlarında çıxış edən millimizin üzvləri Vətənə qayıdıblar

VI Dünya İdman Oyunlarında çıxış edən millimizin üzvləri Vətənə qayıdıblar
  • İDMAN

Koreya Respublikasında təşkil olunan Hərbçilərin VI Dünya İdman Oyunlarında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri oktyabrın 13-də Vətənə qayıdıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı Müdafiə, Gənclər və İdman nazirliklərinin, federasiyaların nümayəndələri və jurnalistlər qarşılayıblar.

Hərbiçilərin VI Dünya İdman Oyunlarında Azərbaycan təmsilçiləri idmanın üç növü - cüdo, taekvondo və güləş üzrə yarışlarda 12 medal qazanıblar.

Azərbaycan millisi ümumi komanda hesabında 15-ci pillədə qərarlaşıb.

Aktual.az

Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR