Universitetlərdə tədris ilinin uzadılması nəzərdə tutulmur - RƏSMİ

Universitetlərdə tədris ilinin uzadılması nəzərdə tutulmur - RƏSMİ

"Azərbaycanda təhsil alan 176 min tələbənin 75 faizi onlayn tədrisə qoşulub".
Aktual.az  "Repor"a istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, 40 minə yaxın tələbə istehsal təcrübəsi mərhələsindədir və bu səbəbdən onlayn dərslərə qoşula bilməyib.
C.Bayramov qeyd edib ki, universitetlərdə bu tədris ilinin uzadılması nəzərdə tutulmur: "Hərbi çağırış dövrü nəzərə alınaraq oğlan tələbələr üçün təcrübənin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulur. Yay imtahan sessiyasının iyun-iyul aylarında keçirilməsi planlaşdırılır".
Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR