Hizbullah hərəkatı İsrail-Livan sərhədi yaxınlığında İsrail ordusu komandanlığının qərargahına PUA-larla hücum edib.
Aktual.az xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.
Hərəkat iddia edir ki, zərbələr nəticəsində ölən və yaralananlar var:
"Mayın 17-də israilli zabit və əsgərlərin yerləşdiyi Qalatondakı 411-ci artilleriya batalyonunun komanda qərargahına PUA-larla hücum edilib. Hədəflər yüksək dəqiqliklə vurulub, nəticədə hərbçilər arasında ölən və yaralananlar var”.
Xəbər 238 dəfə oxunub.