Fitso yaşam mübarizəsi aparır, böyük itkidir - Orban

Fitso yaşam mübarizəsi aparır, böyük itkidir - Orban

Sui-qəsdə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitso ölümlə həyat arasındadır və bu, təkcə ölkəsi üçün deyil, Macarıstan üçün də ağır itkidir.
Aktual.az xəbər verir ki, bunu Macarıstan hökumətinin başçısı Viktor Orban deyib.
O xatırladıb ki, slovakiyalı həmkarı bir çox beynəlxalq məsələlər, o cümlədən Ukrayna münaqişəsi ilə bağlı onunla eyni fikirdədir:
"Slovakiyanın Baş naziri üçün dua edirik, onun üçün narahat oluruq və təbii ki, onun sağalmasını, tez bir zamanda işə qayıtmasını arzulayırıq. İndi Robert Fitso həyatı üçün mübarizə aparır, o, ölümlə həyat arasındadır. Lakin bu vəziyyətə siyasi nöqteyi-nəzərdən baxsaq, bu, Macarıstan üçün böyük itkidir, çünki Slovakiyanın Baş naziri sağalsa belə, bir neçə ay işləyə bilməyəcək”.
Orban hesab edir ki, qarşıdan gələn AP seçkiləri və Ukraynada davam edən münaqişə səbəbindən növbəti aylar Avropanın gələcəyi üçün son dərəcə əhəmiyyətli olacaq.
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR